Əsas məzmuna keç

Şuşa Qlobal Media Forumu yekunlaşdı

Şuşa Qlobal Media Forumu yekunlaşdı

Azərbaycanın mədəniyyət paytaxtında keçirilən tədbirdə informasiya təhlükəsizliyi və süni intellektin rolu müzakirə olundu. Forumdan hansı qərarlar çıxdı?

en ru

şəhərində keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Qlobal başa çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Forumun ilk günündə İlham Əliyev tədbir iştirakçıları ilə görüşüb, onların suallarını cavablandırıb.

İki gün davam edən Forum çərçivəsində təkbətək formatlı müzakirələr, panel sessiyaları və interaktiv görüşlər təşkil olunub.

Sessiyalarda müxtəlif ölkələrdən media rəhbərləri, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və aparıcı media qurumlarının nümayəndələri iştirak edərək müasir media mühitində baş verən dəyişikliklər, qarşıda duran çağırışlar və əməkdaşlıq imkanları barədə danışıblar.

Müzakirələrdə media, informasiya təhlükəsizliyi, , rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq kimi aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Forum iştirakçıları Xankəndidə Zəfər parkını, Xocalıda “Xocalı Soyqırımı Memorial” kompleksini ziyarət edib, həmçinin Şuşada həyata keçirilən bərpa-quruculuq işləri ilə tanış olublar.

Qeyd edək ki, IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxslər iştirak edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…