Operativ Məlumat Mərkəzi

Suriya ordusu SDQ-nin hücumları davam etdirdiyini bildirir

1 dəq
Paylaş:
Suriya ordusu SDQ-nin hücumları davam etdirdiyini bildirir
{"az":"bu barədə yerli hökumət orqanları bildirib.Suriya ordusunun Əməliyyatlar Bölməsi bölgəni tərk etmək istəyən mülki şəxslərə atəş açmaması ilə bağlı SDQ-yə...","en":"","ru":""}

Suriya Demokratik Qüvvələri mülki əhalinin Şeyx Məqsud və Əşrəfiyyə bölgələrini tərk etməsinə icazə vermir və onlardan canlı qalxan kimi istifadə etmək niyyətindədir.

"Operativ Məlumat Mərkəzi-OMM" SANA-ya istinadən xəbər verir ki, bu barədə yerli hökumət orqanları bildirib.

Suriya ordusunun Əməliyyatlar Bölməsi bölgəni tərk etmək istəyən mülki şəxslərə atəş açmaması ilə bağlı SDQ-yə xəbərdarlıq edib.

Hökumət orqanları mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin aktiv olduğunu və ordunun insanların təhlükəsiz çıxışını təmin etmək üçün çalışdığını bəyan edib.

Məlumata görə, SDQ qüvvələrinin hücumları 5 mülki şəxsin ölümünə və 30 nəfərin xəsarət almasına səbəb olub.

Bundan başqa əhalinin şəxsi əmlakına ciddi ziyan dəyib.

Suriya ordusu SDQ qüvvələrinin hücumlara davam etdiyini bildirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər