Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İraq bayrağı altında üzən supertanker Hörmüz boğazındakı ABŞ blokadasını keçə bilib

2 dəq
Paylaş:
İraq bayrağı altında üzən supertanker Hörmüz boğazındakı ABŞ blokadasını keçə bilib

İraq altında üzən " I" supertankeri boğazından keçərək Fars körfəzinə daxil olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "İnterfaks" "Bloomberg"ə istinadən məlumat yayıb.

Bu, ABŞ tərəfindən blokada başlayandan bəri bu yol ilə şimal-qərbə doğru keçən ilk neft daşıyan gəmi olub.

Agentlik qeyd edib ki, hazırda ABŞ Dəniz Qüvvələrinin gəmiləri Oman körfəzində gəmilərin hərəkətinə mane olur. Həmçinin bildirilib ki, amerikalı hərbçilər daha əvvəl bəzi tankerləri, o cümlədən ABŞ sanksiyaları altında olan "Rich Starry" gəmisini geri dönməyə məcbur ediblər.

"Agios Fanourios I" tankeri İrana doğru getmirdi və ABŞ-nin qara siyahısına daxil edilməyib. Gəmiləri izləyən sistemlər göstərir ki, tanker İraqın Bəsrə şəhərinə doğru hərəkət edir.

Bu arada "Rich Starry" gəmisi hələ də boğazdadır və göstəriş gözlədiyinə dair siqnal verir. Məlumatlara görə, o hələ də Fars körfəzindən çıxdığı eyni yüklə yüklənmiş vəziyyətdədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax