Əsas məzmuna keç

İraq neft tankerləri Hörmüzdə izləməni söndürdü

İraq neft tankerləri Hörmüzdə izləməni söndürdü

Mayın ilk ongünlüyündə İraq neftini daşıyan üç tanker İran tərəfindən mümkün hücumlardan yayınmaq üçün Hörmüz boğazını izləmə sistemləri söndürülmüş halda...

en ru

Mayın ilk ongünlüyündə İraq neftini daşıyan üç İran tərəfindən mümkün hücumlardan yayınmaq üçün boğazını izləmə sistemləri söndürülmüş halda keçib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, iki çox böyük (VLCC) - "Agios Fanourios I" və "Kiara M" - mayın 10-da hər biri 2 milyon barel İraq nefti daşıyaraq trekerləri söndürülmüş halda boğazdan keçib.

Bununla yanaşı, "Agios Fanourios I" mayın 26-da "Nghi Son" neft emalı və neft-kimya kompleksində nefti boşaltmaq üçün Vyetnama yollanır. Tanker daha əvvəl, aprelin 17-də "Basrah Medium" markalı neftlə yükləndikdən sonra iki dəfə boğazdan keçə bilməyib.

Daha əvvəl isə - mayın 1-də çox böyük VLCC neft tankeri olan "Basrah Energy" 2 milyon barel neft yükləyərək Hörmüz boğazından, eyni şəkildə, izləmə sistemi söndürülmüş halda keçib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…