Əsas məzmuna keç

Avstraliyada delfində quş qripi aşkarlandı

Avstraliyada delfində quş qripi aşkarlandı

Cənubi Avstraliyanın Qulva sahillərində tapılan delfində H5N1 təhlükəsi. Mütəxəssislər virusun tülkü və dəniz məməlilərinə necə keçdiyini açıqlayıb.

en ru

Avstraliyada ilk dəfə delfində yüksək patogen quş virusu aşkarlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayılıb.

Bildirilib ki, ölü delfin Cənubi Avstraliya ştatında, Fleurieu yarımadasında yerləşən Qulva şəhəri yaxınlığında tapılıb.

Heyvanın toxumalarından götürülən nümunələrin analizi quş qripi virusunun mövcudluğunu təsdiqləyib.

Ştatın baş baytar həkimi Skay Fruen bildirib ki, ehtimal olunur delfin yoluxmuş quşu yeyib və ya vəhşi quşla yaxın təmasda olub.

Onun sözlərinə görə, delfinlər bu infeksiyaya həssasdır, lakin yoluxmuş heyvanlara sahilyanı ərazilərdə nadir hallarda rast gəlindiyi üçün dünyada delfinlərin quş qripinə yoluxması ilə bağlı hallar azdır.

Avqustun 27-də hakimiyyət orqanları Adelaide şəhərində qırmızı tülküdə də quş qripi virusunun aşkarlandığını təsdiqləyib. Bundan əvvəl isə suitilərində quş qripinə yoluxma halları qeydə alınmışdı.

Son 24 saat ərzində Cənubi Avstraliyada daha 46 quş qripi hadisəsi təsdiqlənib. Bununla da ştatda təsdiqlənmiş halların ümumi sayı 249-a çatıb.

Bununla belə, ev quşları və ya digər ev heyvanları arasında yoluxma halı qeydə alınmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…