Əsas məzmuna keç

Rusiyaya məxsus korvetin batdığını açıqladı

Rusiyaya məxsus korvetin batdığını açıqladı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna dəniz dronlarının Liviyanın sahillərində Rusiyaya məxsus "Merkuri" korvetini batırdığını açıqlayıb. Bununla...

en ru

Prezidenti Volodimir Zelenski Ukrayna dronlarının Liviyanın sahillərində Rusiyaya məxsus "Merkuri" korvetini batırdığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Zelenskinin sözlərinə görə, əməliyyat Ukrayna Təhlükəsizlik Xidmətinin və Müdafiə Qüvvələrinin iştirakı ilə həyata keçirilib.

Hücum zamanı Ukrayna istehsalı olan yeddi dəniz dronundan istifadə edilib.

Ukrayna lideri bildirib ki, Rusiyanın hücumun qarşısını almaq cəhdlərinə baxmayaraq, 2023-cü ildə istismara verilmiş "Merkuri" korveti batırılıb. Gəmi ilə birlikdə Rusiyaya məxsus Ka-27 döyüş helikopterinin də məhv edildiyi iddia olunur.

Zelenskinin açıqlamasına görə, əməliyyatın digər hədəfi Rusiyanın silah daşınmasında istifadə etdiyi MV Angara quru yük gəmisi olub. gəminin də zərbəyə məruz qaldığını və hədəfin vurulduğunu bildirib.

Qeyd edək ki, sözügedən məlumatlar Ukrayna Prezidentinin açıqlamasına əsaslanır.

Gəmilərin batırılması və vurulması ilə bağlı iddialar müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…