Əsas məzmuna keç

SEPAH ABŞ-nin Fars körfəzindəki bazalarını hədələdi

SEPAH ABŞ-nin Fars körfəzindəki bazalarını hədələdi

SEPAH rəsmisi İbrahim Zülfüqari Hörmüz boğazı gərginliyi fonunda Vaşinqtonun hərbi obyektlərini hədəf alıb. BƏƏ-dəki atom stansiyasına dron hücumunun təfərrüatları.

en ru

İran mediasının məlumatına görə,

İran İslam İnqilabı Keşikçiləri Korpusu () ABŞ-nin boğazını blokadaya alması fonunda körfəzinin cənubundakı Amerika hərbi bazalarını hədəfə ala biləcəyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə SEPAH sözçüsü İbrahim Zülfüqari açıqlama verib.

“ABŞ-nin Fars körfəzinin cənubundakı bütün hərbi bazaları yaxın gələcəkdə zərərsizləşdiriləcək”, - deyə o bildirib.

Məlumata görə, açıqlama mayın 17-də Birləşmiş Ərəb Əmirliklərinə pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumdan sonra səsləndirilib.

Bildirilir ki, dronlardan biri Əl-Dəfra bölgəsində Bərəkə Elektrik Stansiyasının yaxınlığındakı elektrik generatoruna çırpılıb və nəticədə yanğın baş verib.

Hadisə bölgədə təhlükəsizliklə bağlı narahatlıqları daha da artırıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…