Əsas məzmuna keç

ABŞ Hörmüz boğazında gizli dəhlizi yaradıb?

ABŞ Hörmüz boğazında gizli dəhlizi yaradıb?

İran və SEPAH-ın təzyiqlərinə rəğmən, Vaşinqton Fars körfəzində neft nəqliyyatını nəzarətə götürüb. Fort-Breqq bazasından idarə olunan gizli planın detalları.

en ru

ABŞ ordusu boğazında gündə milyonlarla barel neft daşımaq üçün şəkildə gəmiçilik yaradıb .

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Axios" məlumat yayıb.

ABŞ rəsmilərindən biri bildirib ki, artıq iki aydır ki, Hörmüz boğazının cənub gəmiçilik marşrutuna nəzarət edirlər:

" müəyyən çətinliklər yarada bilər, lakin boğaza nəzarət etmir. Buna biz nəzarət edirik”, - adı açıqlanmayan rəsmi bildirib.

Mənbələrin məlumatına görə, hazırda boğazdan gündə təxminən 10 milyon barrel neft daşınır. Bu, müharibədən əvvəlki göstəricinin təxminən yarısıdır.

Mənbələr son həftələrdə bəzi gecələr Fars körfəzindən 15-20 milyon barrel neft ixrac edildiyini də bildiriblər.

Məlumata görə, Hörmüz boğazındakı vəziyyəti izləyən əməliyyat qrupu ABŞ-nin Şimali Karolina ştatında Fort-Breqq quru qoşunları bazasının qərargahında fəaliyyət göstərir. Qrup əməliyyatlarını Fars körfəzindəki regional tərəfdaşlarla əlaqələndirir.

Mənbələrin sözlərinə görə, hazırda İran hakimiyyəti boğazdakı vəziyyəti yalnız bərpa edilmiş bir neçə radar vasitəsilə, həmçinin SEPAH-a məxsus kiçik sürətli katerlərdəki müşahidəçilər vasitəsilə izləyə bilir.

Qeyd olunub ki, boğazdan neft ixracının həcmi müharibədən əvvəlki səviyyədən aşağı olsa da, bu tədarüklər qlobal neft təchizatına əhəmiyyətli təsir göstərir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…