Əsas məzmuna keç

Sumqayıtda evə silahlı basqın nəticəsində yaralananların son durumu açıqlanıb

Sumqayıtda evə silahlı basqın nəticəsində yaralananların son durumu açıqlanıb

Sumqayıtda evə silahlı basqın nəticəsində yaralananların son durumu açıqlanıb. Sumqayıt Tibb Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən...

Sumqayıtda evə silahlı basqın nəticəsində yaralananların son durumu açıqlanıb.

Tibb Mərkəzindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb.

Qeyd olunub ki, yaralının vəziyyəti stabildir.

1960-cı il təvəllüdlü Fərəcova Reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti orta ağır qiymətləndirilir. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır, vəziyyəti qənaətbəxşdir.

Xatırladaq ki, oktyabrın 28-də saat 05:50 radələrində Sumqayıt şəhərinin Corat bağları yaşayış massivində fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər - Susana Karakaş və Dağbəyi Fərəcov ölüb, 4 nəfər isə xəsarət alıb.

Hadisə zamanı Tərlan Fərəcova, Serkan Karakaş, daha sonra isə hadisə yerinə gələn qonşular - Etibar Sarıyev və Mehman Sarıyev xəsarət alıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…