Əsas məzmuna keç

Sumqayıt–Bakı ekspres qatarlarının marşrutuna yeni dayanacaq əlavə olundu

Sumqayıt–Bakı ekspres qatarlarının marşrutuna yeni dayanacaq əlavə olundu

Bu gündən etibarən Sumqayıt–Bakı istiqamətində fəaliyyət göstərən ekspres qatarların hərəkət cədvəlinə Bakıxanov dayanacağı daxil edilib. Yenilik...

en ru

Bu gündən etibarən –Bakı istiqamətində fəaliyyət göstərən qatarların hərəkət cədvəlinə dayanacağı daxil edilib. sərnişinlərin gündəlik gediş-gəliş imkanlarını daha da genişləndirməyə xidmət edir.

“ Dəmir Yolları” QSC-nin "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata görə, sözügedən xətt üzrə səhər saat 07:30 və 08:00-da yola düşən ekspres qatarlar Bakıxanov dayanacağında da dayanacaq.

Bu dəyişiklik xüsusilə səhər saatlarında paytaxta üz tutan sərnişinlər üçün rahatlığı artıracaq.

Bununla yanaşı, axşam saatlarında da marşrutda yenilik tətbiq olunub. Belə ki, saat 18:05-də Bakıdan Pirşağı xətti üzrə Sumqayıt istiqamətində hərəkət edən ekspres qatar Sabunçu stansiyasında əlavə dayanacaq edəcək.

Qeyd olunan dəyişikliklər Sumqayıt–Bakı dəmir yolu xətti üzrə sərnişin daşımalarının daha çevik və əlçatan təşkilinə yönəlib.

Qatar cədvəli

22:00 Növbəti qatar · Qatar: Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…