Əsas məzmuna keç

M6 ekspres avtobuslarının hərəkət sxemi dəyişdirilir

M6 ekspres avtobuslarının hərəkət sxemi dəyişdirilir

Bakı Nəqliyyat Agentliyi sərnişinlərin rahatlığı üçün M6 avtobuslarının marşrut xəttində yenilik edir. Görəsən, yeni hərəkət qrafiki necə olacaq?

en ru

Bakı metropoliteninin " Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərən M6 nömrəli marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Rəqəmsal İnkişaf və Nazirliyi yanında Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

"Vətəndaş müraciətləri nəzərə alınaraq və aparılan təhlillərə əsasən, metronun "Koroğlu" stansiyasından "Elmlər Akademiyası" və "Nizami" stansiyaları istiqamətində sərnişin tələbatının qarşılanması məqsədilə avqustun 24-dən M6 nömrəli ekspres avtobuslar "Nizami"metrostansiyasından keçəcək və aralıq dayanacaq olaraq burada saxlayacaq.

Ekspres xətti uzadılaraq son dayanacaq məntəqəsi "Koroğlu" metrostansiyası təyin ediləcək. Bununla da M6 nömrəli ekspres marşrutu "Koroğlu", "Gənclik", "Nizami" və "Elmlər Akademiyası" stansiyalarını əlaqələndirəcək", - məlumatda deyilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…