"Mayın 14-də, seçkilər günü terror təşkilatlarına Türkiyədə xaos yaratmaq göstərişi verilmişdi".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu “TGRT Haber”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Afinadakı Lavrion düşərgəsindən bununla bağlı təlimat verilmişdi: “Amma Türkiyə çox konkret mövqe ortaya qoydu. Nəticədə səs verib-verməməsindən asılı olmayaraq, hər kəs seçkilər gününü demokratya festivalına çevirdi”.
Qeyd edək ki, Lavrion düşərgəsi son illər tamamilə PKK terror təşkilatının nəzarətinə keçib. Terrorçular müntəzəm olaraq orada təlim keçirlər.