Əsas məzmuna keç

"Türkiyə terrorizmdən tamamilə təmizlənəcək" - Ərdoğan

"Türkiyə terrorizmdən tamamilə təmizlənəcək" - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin və regionun terror təhdidlərindən azad edilməsi istiqamətində qətiyyətli olduqlarını bəyan edib.

en ru

Prezidenti ölkəsinin terrorizmlə mübarizədə qətiyyətli siyasətini davam etdirəcəyini bildirib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, çıxışı zamanı Türkiyənin əsas prioritetlərindən birinin ölkə ərazisinin təşkilatlarından tamamilə təmizlənməsi və bölgədə təhlükəsizliyin təmin olunması olduğunu vurğulayıb.

Ankaranın terror təhlükəsinin aradan qaldırılması istiqamətində atdığı addımların davam etdiriləcəyini qeyd edib. Onun sözlərinə görə, Türkiyə milli təhlükəsizliyini qorumaq və regionda davamlı sabitliyə nail olmaq üçün mübarizəsini sona qədər aparacaq.

Ərdoğanın açıqlamaları PKK terror təşkilatının silahsızlandırılması ilə bağlı yeni qanunvericilik tədbirlərinin qəbulundan sonra səslənib.

Rəsmi Ankara hesab edir ki, sözügedən addımlar terrorizmin kökünün kəsilməsi, silahlı qrupların fəaliyyətinin dayandırılması və regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…