ABŞ Prezidenti Donald Trampın xahişinə baxmayaraq, Böyük Britaniyanın Baş naziri Kir Starmer Hörmüz boğazında naviqasiyanı bərpa etmək üçün hərbi gəmilər göndərməkdən imtina edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı "Daily Telegraph" qəzeti məlumat yayıb.
Həmçinin enerji katibi Ed Miliband hökumətin boğazın yenidən açılması üçün mümkün addımları intensiv şəkildə araşdırdığını, lakin hər hansı konkret öhdəlik götürməkdən imtina etdiyini bildirib:
"Nazirlər mina axtarışı üçün dronların göndərilməsini müzakirə edirlər, lakin hələlik boğaza heç bir hərbi gəmi göndərməyə hazır deyillər."
"Daily Telegraph" yazır ki, hərbi gəmilərin göndərilməsindən imtina Starmer və Tramp arasındakı münasibətləri daha da pisləşdirə bilər.
"Ağ Ev rəhbəri artıq Londonun İrana qarşı ilkin zərbələr üçün hərbi bazalarından istifadəyə icazə verməkdən imtina etməsindən narazılığını bildirib.15 martda İranın xarici işlər nazirinin müavini Starmerə hücumda iştirak etməmək barədə xəbərdarlıq edərək deyib ki, onlar Böyük Britaniya ilə müharibə vəziyyətində deyillər, amma bu müharibədə hər hansı bir iştirak ABŞ-İsrail hərbi təcavüzünə qoşulmaq kimi qiymətləndiriləcək", - nəşrin məlumatında qeyd olunub.