ABŞ ordusunun İranda həyata keçirdiyi əməliyyatlarda yenidən B-1 bombardmançı təyyarələrindən istifadə etməyə başladığı iddia edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "Axios" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirib ki, ABŞ SEPAH-a məxsus hədəflərə zərbələr endirmək üçün B-1 bombardmançı təyyarələrini yenidən döyüş əməliyyatlarına cəlb edib.
Məlumata əsasən, təyyarələr Böyük Britaniyadakı hərbi hava bazasından havaya qalxıb və uçuşların izlənməsi üzrə internet platformalarında onların İran üzərində olduğu müşahidə edilib.
ABŞ daha əvvəl fevralın 28-də İrana qarşı həyata keçirdiyi zərbələr zamanı B-1 bombardmançı təyyarələrindən istifadə etdiyini açıqlamışdı. Lakin 12 gün əvvəl yenidən başlanan əməliyyatlarda bu təyyarələrin istifadəsi ilə bağlı rəsmi məlumat verilməmişdi.