Əsas məzmuna keç

BƏƏ ilk dəfə İrana zərbələr endirdi

BƏƏ ilk dəfə İrana zərbələr endirdi

Tehranın su zavodu hədəfə alındı. Məsud Pezeşkianın üzrxahlığına rəğmən, ABŞ və İsrail koalisiyasına qoşulan Əmirliklərdən SEPAH-a sərt xəbərdarlıq: Regionda böyük savaş?

en ru

Birləşmiş Ərəb Əmirlikləri () hərbi hava qüvvələri ilk dəfə olaraq İrandakı hədəflərə birbaşa zərbələr endirib.

“Operativ Məlumat Mərkəzi-OMM”İsrailin “Ynet” agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı İranda yerləşən suyun duzsuzlaşdırılması zavodu hədəf alınıb.

BƏƏ rəsmiləri bu hücumun İran rejimi üçün “ilkin siqnal” olduğunu bəyan ediblər. Bildirilib ki, əgər Tehranın regiondakı hücumları şiddətlənərsə, BƏƏ-nin və İsrailin başlatdığı hərbi kampaniyaya rəsmən qoşulması realdır.

Xatırladaq ki, bundan əvvəl İsrailin Hayfa şəhəri ilə yanaşı, Bəhreyn və Dubaydakı (“Marina Hotel”) hədəflərə zərbələr endirdiyini açıqlamışdı. İran Prezidenti Pezeşkian Körfəz ölkələrinə dəymiş ziyana görə üzr istəsə də, hərbi qanadın hücumları davam etdirməsi Tehran hakimiyyəti daxilindəki ciddi fikir ayrılığından xəbər verir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…