Əsas məzmuna keç

İran ABŞ-nin BƏƏ-dəki bazasını vurdu

İran ABŞ-nin BƏƏ-dəki bazasını vurdu

SEPAH qüvvələri Əd-Dəfra hərbi obyektindəki sursat anbarını hədəf alıb. Partlayışdan sonra qırıcılar təxliyə edilib. Yaxın Şərqdə gərginlik: Növbəti hədəf haradır?

en ru

İslam İnqilabı Keşikçiləri Korpusunun () hərbi dəniz qüvvələri tərəfindən BƏƏ-də yerləşən "Əd-Dəfra" hərbi bazasına ağır zərbə endirilib. Hədəf birbaşa hərbi bazanın ərazisindəki sursat anbarı olub.

“Operativ Məlumat Mərkəzi-OMM” KİV-nə istinadən xəbər verir ki, bu barədə SNN telekanalının təqdim etdiyi SEPAH-ın bəyanatında bildirilib.

Məlumata görə, bazada güclü partlayış baş verib. Nəticədə ABŞ hərbçiləri qırıcıları həmin bazadan təcili çıxararaq başqa yerlərdə yerləşdirmək məcburiyyətində qalıblar.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq SEPAH; İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…