ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqdə hərbi iştirakını gücləndirmək məqsədilə bölgəyə F-15E tipli qırıcı təyyarələr göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "The Wall Street Journal" (WSJ) qəzetinin öz mənbələrinə istinadən verdiyi məlumata görə, bazar günü sözügedən qırıcılar artıq İordaniyaya eniş edib.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi zərbə variantlarını hələ də nəzərdən keçirdiyi üçün regiondakı qüvvələrin sayını artırır. Qırıcılarla yanaşı, bölgəyə əlavə hava hücumundan müdafiə vasitələrinin çatdırılacağı gözlənilir:
Rəsmi Vaşinqton bu addımın İrandan gələ biləcək mümkün cavab zərbələrinin qarşısını almaq üçün zəruri olduğunu bildirir.
Qeyd edək ki, İranda dekabrın sonundan başlayan daxili iğtişaşlar fonunda Tehran rəhbərliyi ABŞ və İsraili sabitliyi pozmaqda ittiham edir. Donald Tramp isə öz növbəsində İslam Respublikasına qarşı güc tətbiq etmək imkanını ciddi şəkildə dəyərləndirdiyi barədə xəbərdarlıq edib.