Operativ Məlumat Mərkəzi

Fidan Sülh Şurası xartiyasını imzalamaq üçün Davosa gedir

1 dəq
Paylaş:
Fidan Sülh Şurası xartiyasını imzalamaq üçün Davosa gedir
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 22-də İsveçrədə Qəzza zolağı üzrə yaradılan yeni beynəlxalq qurumun sənədini imzalayacaq.

Türkiyənin naziri yanvarın 22-də İsveçrənin Davos şəhərinə səfər edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, səfərin əsas məqsədi Qəzza zolağı ilə bağlı xartiyasının imzalama mərasimində iştirak etməkdir.

Nazir bu sənədi ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın adından imzalayacaq.

Qeyd edək ki, Türkiyə lideri daha əvvəl verdiyi açıqlamada bu nüfuzlu qurumda ölkəsini məhz Hakan Fidanın təmsil edəcəyini vurğulamışdı.

Xatırladaq ki, ABŞ Prezidenti bir müddət əvvəl Sülh Şurasına rəhbərlik edəcəyini bəyan edib. Ağ Ev rəhbəri bu strukturun dünyanın ən nüfuzlu və hörmətli dövlətlərinin liderlərindən ibarət olacağını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax