Əsas məzmuna keç

İranın 7,8 milyardlıq gizli kripto dövriyyəsi aşkarlandı

İranın 7,8 milyardlıq gizli kripto dövriyyəsi aşkarlandı

Wall Street Journal Tehranın sanksiyadan yayınma sxemini açıqladı: Hörmüz boğazında neft tranziti üçün Tether ödənişi və SEPAH-ın milyardlıq gizli dövriyyəsi.

en ru

İranın milyardlarla dollar dəyərində kriptovalyuta iqtisadiyyatının atəşkəsdən sonra daha da genişləndiyi bildirilir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “ ” məlumat yayıb.

Qəzetin məlumatına görə, İran sanksiyalardan və nəzarətdən yayınmaq məqsədilə Hörmüz boğazından keçən neft tankerlərindən hər barel üçün 1 dollar həcmində kriptovalyuta ilə tranzit haqqı tələb edir.

Hesabatda qeyd olunur ki, bu addım ölkənin təxminən 7,8 milyard dollar dəyərində qiymətləndirilən kripto sektorunun genişlənməsini göstərir.

Bildirilir ki, bu sektorun yarıdan çoxu İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və onunla əlaqəli qruplar tərəfindən ticarət, silah və müxtəlif əmtəələrin maliyyələşdirilməsi üçün istifadə olunur.

Eyni zamanda vurğulanır ki, İranın Mərkəzi Bankı da “Tether” kriptovalyutasında azı 507 milyon dollar vəsait əldə edib.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 09.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…