Əsas məzmuna keç

“İranın valyutası var, həm də kifayət qədər var”

“İranın valyutası var, həm də kifayət qədər var”

ABŞ-ın sanksiyaları qarşısında Əbdülnasır Himməti Donald Trampın iddialarını təkzib edib. İranın 2 milyard dolları bazara çıxarmaq planı iqtisadiyyatı xilas edəcək?

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İran Mərkəzi Bankının rəhbəri Əbdülnasır Himməti Prezidenti Trampın İran iqtisadiyyatının çökdüyü və ölkənin valyuta ehtiyatlarının tükəndiyi barədə açıqlamalarına cavab verib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Himməti İrana qarşı tətbiq olunan sanksiyaların və iqtisadi təzyiqlərin genişmiqyaslı olduğunu bildirib.

Onun sözlərinə görə, ölkənin valyutaya olan tələbatı qarşılanmalı, əhalinin gündəlik ehtiyacları təmin edilməli, fabrik və istehsal müəssisələrinin fəaliyyəti üçün zəruri resurslar əldə olunmalıdır.

Mərkəzi Bank rəhbəri İranın xaricdən alacaqları və valyuta gəlirlərinin toplanması prosesinin davam etdiyini, ölkənin daxili ehtiyatlarının da olduğunu bildirib.

O, müxtəlif səbəblərdən detalları açıqlanmayan əlavə maliyyə mənbələrinin də mövcud olduğunu qeyd edib.

“İranın valyutası var və həm də qədər var”, - o bildirib.

Himməti ölkə iqtisadiyyatının çökdüyü barədə iddiaların həqiqətə uyğun olmadığını vurğulayıb.

İran Mərkəzi Bankının rəhbəri həmçinin İranın düşmənlərinin hər həftə ölkəyə qarşı yeni sanksiyalar tətbiq etdiyini, buna baxmayaraq iqtisadi sistemin fəaliyyətini davam etdirdiyini söyləyib.

O, bazara 2 milyard dollara qədər valyuta çıxarmağa hazır olduqlarını açıqlayıb.

Mərkəzi Bank rəhbəri valyuta bazarında yaranan dalğalanmanın səngiyəcəyini bildirib. Onun sözlərinə görə, son dövrdə məzənnənin yüksəlməsi real iqtisadi amillərdən daha çox psixoloji mühitlə bağlıdır.

Müharibənin və bəzi infrastruktur obyektlərinə dəyən ziyanın işsizliyi artırdığını qeyd edən Himməti, kiçik və orta ölçülü istehsal müəssisələrinin maliyyələşdirilməsinə üstünlük verildiyini vurğulayıb.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…