Əsas məzmuna keç

Şri-Lankada məktəbli avtobusu qəzaya uğrayıb: 34 uşaq xəstəxanaya yerləşdirilib

Şri-Lankada məktəbli avtobusu qəzaya uğrayıb: 34 uşaq xəstəxanaya yerləşdirilib

Şri-Lankanın Mərkəzi əyalətində məktəbliləri daşıyan özəl avtobusun qəzaya uğraması nəticəsində onlarla şagird xəsarət alıb.

en ru

Şri-Lankanın Mərkəzi əyalətində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, məktəbliləri təhsil müəssisələrinə aparan özəl sərnişin avtobusu idarəetməni itirərək qəzaya uğrayıb.

Yerli polisin verdiyi açıqlamada bildirilir ki, hadisə nəticəsində ən azı 34 məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkən uşaqlar dərhal yaxınlıqdakı xəstəxanalara təxliyə ediliblər və hazırda onların müalicəsi davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…