Əsas məzmuna keç

Myanmada ağır yol qəzaları: 9 nəfər ölüb, 18 nəfər yaralanıb

Myanmada ağır yol qəzaları: 9 nəfər ölüb, 18 nəfər yaralanıb

Myanmanın Şan ştatında iki sərnişin mikroavtobusunun aşması nəticəsində çox sayda insan ölüb və yaralanıb.

en ru

Myanmanın şərqində Şan ştatında iki ayrı yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, sərnişin daşıyan iki mikroavtobusun aşması nəticəsində ağır fəsadlar yaranıb.

Nəticədə 9 nəfər həyatını itirib, ən azı 18 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara təxliyə edilib və hadisələrin başvermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…