Ukrayna terrora əl atır və Qərbi Rusiyaya müqavimət göstərmək qabiliyyətinə inandırmaq üçün müharibəni Rusiya ərazisinə keçirməyə çalışır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiya Müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi ilə tematik konfransda deyib.
Onun sözlərinə görə, Ukrayna döyüş təmas xəttində nəticə olmamasına baxmayaraq, hələ də Qərb sponsorlarını rus qoşunlarına müqavimət göstərmək qabiliyyətinə inandırmağa çalışır.
"Bunun üçün o, hərbi əməliyyatları ölkəmizin ərazisinə keçirməyə çalışır, terror aktlarına əl atır və dinc sakinləri bombalayır", - deyə Şoyqu bildirib.
Müdafiə Nazirliyinin rəhbərinin sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Ukrayna tərəfinin bu cür cinayətlərinə “asimmetrik” reaksiya verir.