Şotlandiyanın şimalındakı Orkney arxipelaqındakı Sandey adasında sahilə çıxan 77 pilot balina aşkarlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Hadisəyə İngilis Dalğıc və Dəniz Həyatı Xilasetmə qrupları müdaxilə edib və balinalardan 12-nin sağ, 65-nin isə ölü olduğu açıqlanıb.
Açıqlamada ölən balinaların hamısının pilot balinalar olduğu bildirilərək, uzun müddət xilas ola bilməyən balıqların qumun içinə batdığı və onları geri qaytarmağın mümkün olmadığı vurğulanıb.