Əsas məzmuna keç

Pakistanda sərnişin avtobusu dərəyə aşdı - 40 ölü

Pakistanda sərnişin avtobusu dərəyə aşdı - 40 ölü

Bəlucistanın Şerani rayonundan yola düşən avtobus Xeybər-Paxtunxva bölgəsində qəzaya uğrayıb. 40 nəfərin ölümü ilə nəticələnən faciənin təfərrüatları məlum olub.

en ru

Pakistanın Bəlucistan əyalətində sərnişin avtobusu dərəyə aşıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 40 nəfər həlak olub, 8 nəfər isə yaralanıb.

Qeyd olunub ki, Bəlucistanın Şerani rayonundan yola çıxdıqdan sonra Xeybər-Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində hərəkətdə olarkən dərəyə aşıb.

Hadisə yerinə axtarış-xilasetmə və təcili tibbi yardım briqadaları cəlb edilib.

Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanıldığı bildirilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…