Sloveniya BMT Nizamnaməsinə hörmət bəsləyən bir dövlətdir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayon xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Nazir Azərbaycana səfərini çox vaxtında etdiyini diqqətə çatdırıb: “Cənab Prezident və cənab nazir mənə regiondakı vəziyyətlə bağlı məlumat verdilər. Xüsusilə sülh sazişi ilə bağlı məlumat aldım. Biz hər iki ölkə arasında sülhün bərqərar olmasında maraqlıyıq. Mən sülh sazişinin mətninin yekunlaşdırılmasını alqışlayıram, eyni zamanda, hər iki tərəfi sazişi tez bir zamanda imzalamağa dəvət edirəm. Bu sazişin mühüm əhəmiyyəti olacaq - həm regiona, həm də digər dövlətlərə. Sülh sazişi imzalandıqdan sonra Mərkəzi Asiya və Avropanı, Şərqlə Qərbi birləşdirmək baxımından çox mühüm töhfələri olacaq”.