Əsas məzmuna keç

Ceyhun Bayramov İrəvanla normallaşma prosesinin detallarını açıqladı

Ceyhun Bayramov İrəvanla normallaşma prosesinin detallarını açıqladı

Xarici işlər naziri Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı son müzakirələri və sərhədlərin delimitasiyası məsələsinin gedişatını şərh edib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Azərbaycanın naziri rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar zamanı Azərbaycan-Ermənistan prosesini müzakirə edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə C. Bayramov iyulun 17-si Moskvada ikitərəfli danışıqların yekunlarına dair Lavrovla birgə mətbuat konfransında bildirib.

"Biz bu gün beynəlxalq və regional gündəliyin aktual məsələlərini müzakirə etdik, Cənubi Qafqazdakı vəziyyətə xüsusi diqqət yetirdik. xalqının 44 günlük Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar və yeni təhlükəsizlik formatı yaratdı. Bu təhlükəsizlik formatı beynəlxalq hüququn aliliyinə əsaslanır. Və mən suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərini xüsusilə vurğulamaq istərdim", - C. Bayramov bildirib.

Onun sözlərinə görə, və Azərbaycan arasında normallaşma kontekstində baş verən son tarixi proseslər, o cümlədən sülh müqaviləsi layihəsinin paraflanması regionumuzda uzunmüddətli sülhün, təhlükəsizliyin və rifahın bərqərar olması üçün unikal imkan yaradır.

"Müzakirə zamanı mən (Sergey Lavrovu – red.) azad edilmiş ərazilərdəki bərpa işlərinin gedişatı, keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışı barədə məlumatlandırdım. Ermənistan və Azərbaycan arasında normallaşma prosesində əminliklə demək olar ki, bu gün de-fakto sülh mövcuddur. Həyata keçirdiyimiz müsbət təşəbbüslər, Azərbaycan tərəfinin sülh təşəbbüsləri, o cümlədən etimadın möhkəmləndirilməsi Azərbaycan və Ermənistan arasında normallaşma prosesini ciddi şəkildə sürətləndirib və bu prosesə böyük müsbət töhfə verib. Əminik ki, sülh prosesinin qalan vəzifələrinin yerinə yetirilməsi normallaşma üçün zəruri şərait yaradır", - Azərbaycanın XİN rəhbəri vurğulayıb.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…