Sloveniya XİN rəhbəri azad edilmiş ərazilərdə bərpa işləri barədə məlumatlandırılıb

Sloveniya XİN rəhbəri azad edilmiş ərazilərdə bərpa işləri barədə məlumatlandırılıb
17.04.2025 13:16
Aa
dəq

Sloveniya artıq Azərbaycan təbii qazının alıcıları sırasına daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayonla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanın təbii qazı artıq Sloveniyaya çatıb.

“Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma və bərpa işləri barədə xanım nazirə məlumat verdik. Hesab edirik ki, Sloveniya şirkətləri üçün də azad edilmiş ərazilərdə potensial mövcuddur. Eyni zamanda, bu gün iki ölkənin şirkətlərinin iştirakı ilə Biznes Forum keçiriləcək. Burada əməli layihələr barədə müzakirələr aparılacaq. Artıq şirkətlər arasında ilkin razılaşmalar mövcuddur”, - nazir vurğulayıb.

 

Həftənin ən çox oxunanları