Biz sadəcə enerji sahəsində əməkdaşlıqla kifayətlənməməliyik, iqtisadiyyatın digər sahələri üzrə də əməkdaşlıq imkanları var və bunu etmək istərdik.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayon xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Eyni zamanda, hər iki ölkə iqlim təhlükəsizliyi məsələlərinə böyük önəm verir. COP29-a görə Bakını təbrik etmək istəyirəm. Gələcəkdə iqlim məsələləri ilə bağlı mövzularda COP29 mühüm əhəmiyyətə malikdir. Azərbaycanın mövqeyi çox yaxşıdır, biz bütün biznes sahələri üzrə əməkdaşlığı artırmaq istəyirik. Minatəmizləmə sahəsində də illərdir əməkdaşlıq edirik və bu əməkdaşlığın davam etdirilməsində maraqlıyıq”, - nazir qeyd edib.