Xırdalanda tikinti şirkətlərinin birindən 25 min manatlıq inşaat materialları oğurlanıb.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oğurluq etməkdə şübhəli bilinən 39 yaşlı R.Mehdiyev saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin əvvəllər həmin şirkətdə işlədiyi, daha sonra işdən ayrıldığı və gecə saatlarında tikinti materiallarını taladığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. R.Mehdiyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.