Əsas məzmuna keç

Şimali Koreyalı hakerlər dünya üzrə şirkətlərdən məxfi məlumatları oğurlamaqda ittiham olunurlar

Şimali Koreyalı hakerlər dünya üzrə şirkətlərdən məxfi məlumatları oğurlamaqda ittiham olunurlar

ABŞ, Böyük Britaniya və Cənubi Koreya bildiriblər ki, Şimali Koreyalı hakerlər həssas hərbi məlumatları oğurlamaq məqsədilə dünyanın müxtəlif yerlərində...

, Böyük Britaniya və bildiriblər ki, Şimali Koreyalı hakerlər həssas hərbi məlumatları oğurlamaq məqsədilə dünyanın müxtəlif yerlərində müxtəlif müdafiə və mühəndislik firmalarının kompüter sistemlərini hədəfə alıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA), Böyük Britaniya Milli Mərkəzi (NCSC) və Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) məsələ ilə bağlı birgə bəyanat yayıb.

Açıqlamada, Şimali Koreyanın dəstəklədiyi “Anadriel və ya APT45” adlı hakerlərin tank, sualtı qayıq, döyüş təyyarəsi, raket və radar sistemləri istehsalçıları da daxil olmaqla müxtəlif müdafiə və mühəndislik şirkətlərinin kompüter sistemlərini hədəfə aldığı bildirilib.

Qeyd edilib ki, Şimali Koreyalı hakerlərin Yaponiya və Hindistanda da müxtəlif sənaye sektorlarını hədəf aldıqları və Andarielin "ABŞ-da yerləşən bəzi səhiyyə təşkilatlarına qarşı fidyə proqramı əməliyyatları ilə casusluq fəaliyyətini maliyyələşdirdiyi" ifadə edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…