Əsas məzmuna keç

Şimali Avropada yeni qorxu! Norveç işğal edilə bilər?

Şimali Avropada yeni qorxu! Norveç işğal edilə bilər?

Norveç Silahlı Qüvvələrinin komandanı Eirik Kristoffersen Rusiyanın hərbi strateji planları və Arktika bölgəsindəki gərginlik barədə xəbərdarlıq edib.

en ru

"Rusiyanın Norveçə qarşı Ukraynadakı kimi genişmiqyaslı planı olmasa da, nüvə potensialını təhlükəsizliyə almaq məqsədilə ərazi qazanmaq variantı masadadır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eirik Kristoffersen "The Guardian" nəşrinə müsahibəsində deyib.

Kristoffersen qeyd edib ki, Rusiyanın nüvə arsenalının böyük hissəsi Norveç sərhədinə yaxın olan Kola yarımadasında yerləşir.

Baş Qərargah rəisi vurğulayıb ki, bu hərbi elementlər ilə mümkün münaqişədə kritik rol oynaya bilər. Norveç tərəfi ənənəvi işğal ssenariləri ilə yanaşı, sabotaj və hibrid təhdidlərə qarşı da hazırlıqlarını artırır.

Müsahibə zamanı Kristoffersen ABŞ prezidenti tərəfindən səsləndirilən bəzi fikirləri də tənqid edib.

O, Donald Trampın Əfqanıstanda NATO müttəfiqlərinin ön cəbhədə olmadığı barədə iddialarını qəbuledilməz adlandırıb.

Sonda komandan Oslo və Moskva arasında axtarış-xilasetmə sahəsində məhdud hərbi təmasların davam etdiyini bildirib. Yanlış anlaşılmaların qarşısını almaq üçün tərəflər arasında birbaşa rabitə kanalının qurulması təklif edilib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…