Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Si Cinpin Uruqvay "bərabər, çoxqütblü dünya"ya çağırış etdi

2 dəq
Paylaş:
Si Cinpin Uruqvay "bərabər, çoxqütblü dünya"ya çağırış etdi

Çin sədri Prezidenti Pekində keçirilən rəsmi görüşdə “bərabərhüquqlu və nizamlı çoxqütblü dünya” qurmaq üçün birgə fəaliyyət göstərməyin vacibliyini vurğulayıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, fevralın 3-də baş tutan bu görüş, yanvar ayında Venesuelada baş verən siyasi gərginlikdən sonra Cənubi Amerika liderinin Çinə ilk rəsmi səfəri kimi diqqət çəkib.

Yamandu Orsi səfərinin əsas məqsədinin Uruqvayın nüfuzunu artırmaq, ölkəyə yeni investisiyalar cəlb etmək və inkişaf imkanları yaratmaq olduğunu bildirib.

O, "Facebook" sosial şəbəkəsində etdiyi paylaşımda Pekin və Şanxay şəhərlərini əhatə edən səfər çərçivəsində 150 nəfərlik böyük bir nümayəndə heyətinə rəhbərlik etdiyini qeyd edib.

Görüşün nəticəsi olaraq tərəflər arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair birgə bəyannamə və müxtəlif sahələri əhatə edən 12 sənədi imzalanıb.

Qeyd edək ki, Çin hazırda Uruqvay ixracatının ən böyük bazarıdır. 2025-ci ilin birinci yarısında Uruqvay Çin ilə ticarət dövriyyəsində 187,1 milyon dollar həcmində müsbət saldo əldə edib. Uruqvay Çinə əsasən kənd təsərrüfatı məhsulları, o cümlədən ət, soya və ağac sellülozu ixrac edir, əvəzində isə maşınqayırma, elektronika və kimya sənayesi məhsulları idxal edir.

Ekspertlərin fikrincə, Orsinin Pekinə səfəri qlobal geosiyasi qütbləşməyə baxmayaraq, Cənubi Amerika ölkələrinin Çin ilə sıx əməkdaşlıqda maraqlı olduğunu bir daha nümayiş etdirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax