Çin prezidenti Si Cinpin Amerika Birləşmiş Ştatlarının sabiq dövlət katibi, 100 yaşlı Henri Kissincerlə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Pekində baş tutan görüşün rəmzi əhəmiyyət kəsb etdiyi bildirilir.
Belə ki, Kissincer 1970-ci illərdə Çinlə diplomatik əlaqələrin bərpasında vacib rol oynayıb.
Amerika hökuməti hazırda da Çinlə əlaqələri bərpa etmək niyyəti nümayiş etdirir.
Amerikalı rəsmilər Kissincerin Çinə fərdi vətəndaş kimi səfər etdiyini desələr də, ekspertlər onun Vaşinqtonla Pekin arasında danışıqlarda gizli kanal kimi istifadə oluna biləcəyini deyiblər.