Hörmüz boğazında "San Antonio" konteyner gəmisinin pilotsuz uçuş aparatının (PUA) zərbəsinə məruz qalması nəticəsində Filippindən olan 7 ekipaj üzvü xəsarət alıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Filippinin "PNA" agentliyi miqrant işçilər üzrə nazir Hans Leo Kakdakın açıqlamasına istinadən məlumat yayıb.
Onun sözlərinə görə, pilotsuz uçuş aparatının zərbəsi nəticəsində dörd filipinli yüngül xəsarət alıb, üç nəfər reanimasiyadadır.
Daha əvvəl Fransanın "CMA CGM" şirkətinə məxsus gəminin hücuma məruz qaldığı bildirilmişdi.