Əsas məzmuna keç

Antoni Blinken: Avropa Ukraynaya ABŞ-dən çox maliyyə ayırıb

Antoni Blinken: Avropa Ukraynaya ABŞ-dən çox maliyyə ayırıb

Antoni Blinken C-Span-a müsahibəsində Kiyevə ayrılan vəsaitin təfərrüatlarını açdı. Silah sistemləri və tərəfdaşların rolu ilə bağlı mühüm faktlar xəbərimizdə.

en ru

ABŞ-nin keçmiş Avropa ölkələrinin məsələsində “vəziyyətdən sui-istifadə etməsi” ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o, bu barədə C-Span kanalına açıqlamasında danışıb.

Blinken qeyd edib ki, ABŞ-nin Ukraynaya ayırdığı hər bir dollara qarşılıq olaraq Avropa ölkələri və digər tərəfdaşlar əlavə olaraq bir yarım dollar dəstək veriblər.

“Ukraynaya yatırdığımız hər dollara avropalılar və digərləri bir yarım dollar əlavə ediblər. Beləliklə, onların sadəcə Ukrayna ətrafındakı vəziyyətdən istifadə etdikləri fikri doğru deyil”, – deyə o vurğulayıb.

Keçmiş dövlət katibi həmçinin bildirib ki, Ukraynaya dəstək üçün Amerika vəsaitlərinin böyük hissəsi ABŞ daxilində xərclənib.

Onun sözlərinə görə, bu vəsait əsasən Kiyev üçün yeni silah sistemlərinin alınmasına və ya Ukraynaya göndərilən silahların əvəzlənməsinə yönəldilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…