Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Rusiya PUA-ları Rumıniya sərhədini keçdi

1 dəq
Paylaş:
Rusiya PUA-ları Rumıniya sərhədini keçdi

Rumıniyanın radiolokasiya sistemləri Rusiyanın Ukraynaya gecə zamanı pilotsuz uçuş aparatının ölkənin hava məkanını pozduğunu qeydə alıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Reuters" ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, pilotsuz uçuş ilə əlaqə sərhədyanı Kiliya-Veke kəndi yaxınlığında itib.

Nazirlik Rusiyanın hərəkətlərini pisləyib və Rumıniyanın dövlətlərlə mütəmadi qaydada koordinasiyada olduğunu bəyan edib.

"Biz Rusiya Federasiyasının regional təhlükəsizliyi təhdid edən və hüquq normalarını ciddi şəkildə pozan addımlarını qətiyyətlə pisləyirik. Milli müttəfiq strukturlarla koordinasiyanı davam etdirir, hadisələri izləyir və Rumıniya ərazisinin və əhalisinin müdafiəsi üçün zəruri tədbirlər görməyə hazırdır", - nazirlikdən qeyd ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax