Operativ Məlumat Mərkəzi

Səudiyyə Ərəbistanının İrandakı yeni səfiri Tehrana gedib

1 dəq
Paylaş:
Səudiyyə Ərəbistanının İrandakı yeni səfiri Tehrana gedib
Səudiyyə Ərəbistanı və İran martda iki ölkə arasında uzun illər davam edən gərginlikdən sonra diplomatik münasibətləri bərpa etmək və səfirliklərini...

Səudiyyə Ərəbistanının İrandakı yeni səfiri Abdullah bin Səud Əl-Anazi öz missiyasına başlamaq üçün Tehrana gedib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Səudiyyə Ərəbistanı və İran martda iki ölkə arasında uzun illər davam edən gərginlikdən sonra diplomatik münasibətləri bərpa etmək və səfirliklərini açmaq barədə razılığa gəliblər.

Qeyd olunub ki, bu addım iki ölkə arasında inkişafın, rifahın, sabitliyin və təhlükəsizliyin aspektlərinin artırılmasına və ümumi mənafeyə töhfə verən məsələlərin inkişafında xüsusi rol oynayacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər