Səudiyyə Ərəbistanın paytaxtı sular altında qalıb

Səudiyyə Ərəbistanın paytaxtı sular altında qalıb
16.03.2023 13:58
Aa
dəq

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yağan dolu səbəbindən yollar su altında qalıb, nəqliyyatın hərəkəti tıxanıb və gündəlik həyat dayanıb  .

"Operativ Məlumat Mərkəzi-OMM" "Haber Global"-a istinadən xəbər verir ki yolların su altında qaldığı Ər-Riyadda nəqliyyat vasitələri irəliləməkdə çətinlik çəkib. 

Taif Mülki Müdafiə Müdirliyindən verilən açıqlamada, əlverişsiz hava şəraiti səbəbiylə meydana gələ biləcək ani sel fəlakətlərinə qarşı diqqətli olmaq çağırışı edilib.

Sakinlərə də mümkün qədər evdən çıxmamaq tövsiyə olunub.

Səudiyyə Ərəbistanının meteorologiya xidməti bazar günü bildirib ki, həftə ərzində bir çox bölgəyə təsir edəcəyi gözlənilən tufan, dolu, daşqın və tufanlar barədə xəbərdarlıq edib.

Həftənin ən çox oxunanları