Əsas məzmuna keç

Serbiya Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycana rəsmi səfər edib

Serbiya Müdafiə Nazirliyinin nümayəndələri Azərbaycana rəsmi səfər edib

Belqrad və Bakı arasında hərbi əməkdaşlıq güclənir. Müdafiə nazirliyinin rəsmiləri hansı strateji layihələri müzakirə edəcək? Detallar xəbərimizdə.

en ru

və respublikaları Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, bu ölkənin Müdafiə Nazirliyinin Azərbaycana səfər edib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda keçirilmiş görüş zamanı nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi zamanı qazanılan təcrübədən bəhs edən "Münaqişənin geosiyasi aspektləri" mövzusunda brifinq təqdim olunub. Sonra Azərbaycan Ordusunun hərbi sistemi və tədris prosesi barədə geniş məlumat verilib.

Görüşdə həmçinin tərəflər hər iki ölkənin hərbi təhsil sistemi, təhsil müəssisələrinin fəaliyyətləri və bu sahədə tətbiq olunan müasir yanaşmalar barədə qabaqcıl təcrübələrdən danışıb, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…