Əsas məzmuna keç

SEPAH-dan yeni bəyanat: Döyüş hazırlığı ən yüksək səviyyədədir

SEPAH-dan yeni bəyanat: Döyüş hazırlığı ən yüksək səviyyədədir

İran İslam İnqilabı Keşikçiləri Korpusu düşmən təcavüzünə qarşı döyüşə tam hazırdır. Regiondakı aktivlərə gözlənilməz cavabın detalları və bəyanatın təfərrüatları.

en ru

döyüşə hazır olduqlarını bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) açıqlama yayıb.

Bildirilib ki, çərşənbə günü verdiyi bəyanatda düşmənlərlə qarşıdurmaya tam hazır olduqlarını vurğulayıb. Məlumata görə, açıqlama qüvvələrin yaranmasının ildönümü münasibətilə edilib.

Bəyanatda qeyd olunub ki, SEPAH düşmənlərə qarşı mübarizəni davam etdirməyə hazırlığın ən yüksək səviyyəsindədir.

“Düşmənlərə qarşı mübarizəni davam etdirməyə hazırlığın zirvəsindəyik və təcavüz təkrarlanarsa, onların bölgədəki aktivlərinə ağlasığmaz dərəcədə sarsıdıcı zərbələr endirəcəyik”, – deyə bəyanatda vurğulanıb.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…