Əsas məzmuna keç

SEPAH: ABŞ və İsrailə qarşı hələlik köhnə raketlərdən istifadə etmişik

SEPAH: ABŞ və İsrailə qarşı hələlik köhnə raketlərdən istifadə etmişik

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hələlik ciddi silahlara müraciət etmədiyini və yaxın gələcəkdə gözlənilməz zərbələrin endiriləcəyini bəyan edib.

en ru

İran İslam İnqilabı Keşikçiləri Korpusunun () general-mayoru Ebrahim Cabari ölkəsinin və İsrailə məxsus hədəflərə endirdiyi zərbələr barədə sensasiyalı açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters" agentliyinə istinadən xəbər verir ki, general Tehranın indiyədək strateji silahlarını işə salmadığını bildirib.

Cabari qeyd edib ki, hazırkı əməliyyatlarda yalnız "metal qırıntılarından hazırlanmış raketlər" istifadə olunub.

Lakin o, yaxın vaxtlarda İran ordusunun heç kimin gözləmədiyi müasir silahları tətbiq edəcəyini vurğulayıb.

Xatırladaq ki, fevralın 28-də İsrail İrana qarşı "preventiv" zərbələr endirdiyini açıqlayıb.

"The New York Times" qəzeti isə bu hücumlarda ABŞ-nin da iştirak etdiyini yazıb.

"Al Jazeera" telekanalının məlumatına görə, bu hücumların əsas məqsədi İslam Respublikasının təhlükəsizlik sistemini zəiflətməkdir.

Buna cavab olaraq İran tərəfi İsrail ərazisini və ABŞ-nin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qətər də daxil olmaqla Yaxın Şərqdəki hərbi bazalarını hədəf alıb. SEPAH rəsmiləri cavab tədbirlərinin düşmən tam məğlub edilənədək davam edəcəyini bildiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…