Operativ Məlumat Mərkəzi

Səməd Seyidov Romada AŞPA-nın komitə iclasında iştirak edəcək

1 dəq
Paylaş:
Səməd Seyidov Romada AŞPA-nın komitə iclasında iştirak edəcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Romada Avropa Şurası Parlament Assambleyasının...

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Romada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsinin iclasında iştirak edəcək.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd olunub ki, AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov komitənin işində iştirak etmək üçün dekabrın 2-də İtaliyanın Roma şəhərinə səfər edəcək.

Səfər dekabrın 7-də başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər