Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səməd Seyidov Azərbaycan–ABŞ münasibətlərinə toxunaraq bildirib ki, hazırkı mərhələdə iki ölkə arasında əlaqələr yüksək səviyyədə qurulub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərinə görə, Azərbaycanın enerji siyasəti təkcə ABŞ-la münasibətlərdə deyil, bütövlükdə Avropanın təhlükəsizliyində mühüm rol oynayır. “Azərbaycan bu gün enerji nöqteyi-nəzərdən Avropanın təhlükəsizliyini təmin edən əsas ölkələrdən birinə çevrilib”, - deyə deputat qeyd edib.
Səməd Seyidov həmçinin Aralıq dəhlizi, neft və qaz istehsalı, eləcə də Azərbaycanın qonşu ölkələrlə münasibətlərinə dair aparılan müzakirələrdən danışıb. Deputat vurğulayıb ki, bütün bu söhbətlər Azərbaycan və ABŞ-ın milli maraqları çərçivəsində, dərin və produktiv şəkildə aparılıb.
Mehman Mirzəzadə