Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Səfir: "Azərbaycan xalqı Holokostla müqayisə oluna bilən soyqırımı ilə üzləşib"

2 dəq
Paylaş:
Səfir: "Azərbaycan xalqı Holokostla müqayisə oluna bilən soyqırımı ilə üzləşib"

Ukraynada Qurbanlarının Anım Gününə həsr edilmiş “Altı Milyon Ürək” adlı tədbir keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Yəhudi Forumunun təsisçisi Roksana Qamarnikin təşkil etdiyi Ümumukrayna tədbiri onlayn formatda baş tutub.

Holokost faciəsi qurbanlarının xatirəsi rəsmi şəxslər, o cümlədən Ukraynanın dövlət rəsmiləri, dini və ictimai liderlər, eləcə də diplomatik nümayəndəliklərin rəhbərləri tərəfindən yad edilib.

Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev də iştirak edib və o, zorakılığın istənilən təzahürlərinə, o cümlədən etnik və irqi ayrı-seçkiliyə, soyqırımı və terrora qarşı mübarizənin vacibliyini vurğulayıb.

Səfir xalqının da hərbi və Xocalı soyqırımı kimi Holokost soyqırımı ilə müqayisə oluna bilən cinayətlə üzləşdiyini xatırladıb: “Holokostdan sağ çıxanlara hörmət edirik. Əsrlər boyu Azərbaycan öz maddi və mənəvi mədəniyyətini, dinini, dilini, mentalitetini qoruyub saxlayan minlərlə yəhudinin vətəni olub. Təəssüf ki, Azərbaycan xalqı, o cümlədən yəhudilər və digər azlıqlar oxşar hərbi təcavüz cinayətləri ilə üzləşiblər. Qanlı terror, kütləvi zorakılıq və görünməmiş miqyaslı faciə beynəlxalq ictimaiyyətin gözü önündə bir gecədə 613 nəfərin, o cümlədən uşaq, qadın və qocanın ölümü ilə nəticələnib”.

Tədbirdə Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev də iştirak edib.

O qeyd edib ki, bu cür tədbirlər bəşər tarixində baş vermiş faciəli hadisələri unutmamağa kömək etməklə yanaşı, həm də mövcud çağırışlara və çətinliklərə sinə gərmək üçün birləşmək imkanı verir: “Hesab edirik ki, XX əsrdə baş vermiş dəhşətli cinayətlər təkrarlanmamalıdır”.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax