Əsas məzmuna keç

Şantajçı necə ifşa olundu? Sosial şəbəkədə qadını belə tələyə saldı

Şantajçı necə ifşa olundu? Sosial şəbəkədə qadını belə tələyə saldı

Suraxanıda baş verən cinayət işinin təfərrüatları məlum olub. O. Bağırovun sosial şəbəkə vasitəsilə hədələdiyi qız, anasının evindən külli miqdarda vəsait oğurlayıb.

en ru

Suraxanı rayonu ərazisində qadının evindən 29 pul vəsaiti və 1000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əməkdaşları tərəfindən aparılan araşdırmalarla əməlin zərərçəkənin 25 yaşlı qızı tərəfindən törədildiyi müəyyən olunub.

O, ifadəsində sosial şəbəkələrdə tanış olduğu bir nəfərin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gələrək pul tələb etdiyini və evdən oğurladığı maddi vəsaitləri həmin şəxsə verdiyini bildirib.

Qeyd edilən əməli törətməkdə şübhəli bilinən O. Bağırov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı başlanılıb, araşdırmalar davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…