Əsas məzmuna keç

Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir

Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir

Milli Məclis rəhbəri Sankt-Peterburqda MDB PA-nın 60-cı plenar iclasına qatılıb. Spikeri hava limanında səfir Rəhman Mustafayev qarşılayıb. Səfərin mühüm detalları burada.

en ru

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının ( PA) Şura iclası və 60-cı plenar iclasında iştirak etmək məqsədilə Rusiyaya işgüzar səfər edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Sankt-Peterburq şəhərinin "Pulkovo 3" hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq şəhərinin Xarici əlaqələr komitəsinin sədr müavini, Xarici İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Nizami Mamişev, MDB PA Şurasının Dmitri Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə və digər rəsmi şəxslər qarşılayıblar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…