Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Milli Məclis sədri Sankt-Peterburqdakı Baş Konsulluqda olub

2 dəq
Paylaş:
Milli Məclis sədri Sankt-Peterburqdakı Baş Konsulluqda olub

Milli Məclisin sədri Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Respublikasının Sankt-Peterburq şəhərindəki Baş Konsulluğunda olub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan parlament müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqın Ümummilli Lideri Heydər Əliyevin Baş Konsulluğun inzibati binasında ucaldılmış büstünü ziyarət edib, büstün önünə gül dəstələri düzüblər.

Baş Konsulluğun əməkdaşları ilə söhbət edən spiker Baş Konsulluğa Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr kitablar hədiyyə edib.

Sonra Baş Konsulluq tərəfindən 28 May – Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

Tədbirdə Azərbaycan dövlətçilik tarixində Müstəqillik Gününün əhəmiyyəti, ölkəmizin keçdiyi inkişaf yolu, müasir müstəqillik illərində əldə olunmuş uğurlar barədə çıxışlar edilib. Həmçinin müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlərdən bəhs edən videoçarxlar nümayiş olunub.

Bayram tədbiri Azərbaycanın tanınmış incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax