Əsas məzmuna keç

Sabunçuda 19 kq narkotik ələ keçirildi

Sabunçuda 19 kq narkotik ələ keçirildi

Daxili İşlər Nazirliyinin əməliyyatı nəticəsində paytaxtın Sabunçu rayonunda külli miqdarda psixotrop maddə dövriyyədən çıxarılıb. Detallar xəbərdə.

en ru

Bakının Sabunçu rayonunda 19 kiloqramdan artıq narkotik aşkarlanıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində keçirilən tədbir zamanı narkokuryerlik etməkdə şübhəli bilinən 32 yaşlı Elsevər Mirəliyev və 23 yaşlı Vahid Kərimov saxlanılıblar.

Onlardan ümumilikdə 19 kiloqramdan artıq olan marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotik vasitələri ayrı-ayrı ünvanlara çatdıraraq paytaxt ərazisində qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.

Faktla bağlı başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…